Xəbər verdiyimiz kimi, Cənubi Afrikanın ikinci ən böyük şəhəri olan Keyptaunda yerləşən məşhur "Bishops Diocesan" məktəbində qadın müəllim azyaşlı şagirdləri ilə intim münasibətdə olub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 30 yaşlı Fiona Viottinin 2013-2019-cu illər aralığında 5 şagirdi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb. Fiona məktəbdən kənarlaşdırıldıqdan sonra 18 yaşlı bir şagirdi keçmiş müəllimi ilə yatdığını açıqlayıb.
Zəngin ailələrin övladlarının təhsil aldığı məktəbin rəhbərliyi sözügedən iddiaya görə geniş araşdırma aparıb. Məlum olub ki, Fionanın şorgözlüyü daha 4 şagirdi ilə yataq bölüşməsi ilə nəticələnib.
Qadın müəllimlə bağlı mətbuata bəzi məlumatlar da daxil olub. Məlum olub ki, Fiona Viotti Pavo Viotti adlı şəxs ilə 2018-ci ildə ailə qurub. Şagirdləri ilə evlilikdən öncə intim əlaqədə olan Fiona, ərə getdikdən sonra da bu hərəkətlərinə davam edib. Müəllim məsələ ilə bağlı heç bir açıqlama verməyib. Həyat yoldaşı Pavo Viottinin arvadından boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.
1849-cu ildə yaradılan "Bishops Diocesan" məktəbində illik təhsil haqqı 15 min funt-sterlinqdir.
Turqut
Milli.Az