Dünya

Putin və Ərdoğan arasında telefon danışığı aparılıb

18 Dekabr 2019 08:59
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki ölkə başçısı Liviyadakı vəziyyəti və Suriya ilə bağlı əməkdaşlığı davam etdirməyi müzakirə ediblər.

Bildirilib ki, Prezidentlər, xüsusilə "Liviyada davam edən hərbi qarşıdurmanın artması ilə əlaqəli məsələlərə toxunublar.

Bundan əlavə, dövlət başçıları "Suriya barədə, o cümlədən respublikanın İdlibdə və şimal-şərqdə vəziyyətin sabitləşdirilməsi üçün Rusiya-Türkiyə razılaşmaları kontekstində də fikir mübadiləsi aparıblar".

Prezidentlər terror qruplaşmalarına qarşı mübarizə üçün birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.