Dünya

Qadının qarnındakı piydən üzünə dolğu etdilər, dodağı çürüdü - FOTO

16 Dekabr 2019 16:04
8 Şərh     Baxış: 5 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

41 yaşlı qadın kosmetoloq səriştəsizliyinin qurbanı olub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Antalyada yaşayan 41 yaşlı Songül Uzunoğlu adlı qadın gözaltındakı qırışları yox etmək üçün kosmetoloqa müraciət edib.

Qadının qarnından götürülən piy onun yanaqlarına və alt dodağına dolğu formasında əlavə edilib. Lakin, kosmetoloqun bacarıqsızlığı nəticəsində bir müddət sonra qadının dodaqları çürüməyə başlayıb, ağzının içində yaralar əmələ gəlib.

Ümumilikdə, 4 əməliyyat üçün 7 min 500 lirə xərcləyən qadın saxtakarlıqla bağlı Türkiyənin Səhiyyə Nazirliyinə müraciət edib. O, günahkarların cəzalandırılmasını istəyir.

Qeyd edək ki, qadının dodaqlarının çürüməsinə səbəb onun dodaqlarından keçən damarların dolğu səbəbindən tutulmasıdır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.