Dünya

Sibir dağları üzərində qeyri-adi buludlar - FOTO

16 Dekabr 2019 10:34
0 Şərh     Baxış: 2 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun çəkdiyi fotoları "National Geographic Rusiya" Feysbuk hesabında paylaşıb.

Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.

S.Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.

Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.