Dünya

18 illik arvadını "baxımsız" olduğu üçün öldürdü

16 Dekabr 2019 09:27
7 Şərh     Baxış: 6 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərində dəhşətli cinayət yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 38 yaşlı Filiz Tekin adlı qadın 18 illik əri İbrahim Tekin tərəfindən döyülərək öldürülüb. Evə içkili halda gələn ər qadına "Niyə baxımsızsan, niyə bu qədər çirkinsən" deyərək, onu döyməyə başlayıb. Başını dəfələrlə divara çırpdıqdan sonra qadın özündən gedib. Kişi övladlarına heç kimə xəbər verməməyi tapşırsa da kiçik oğlu xalasına zəng edib. Zəngdən sonra evə gələn bacısı Filizi halsız şəkildə tapıb və təcili olaraq xəstəxanaya çatdırıb. Beyin silkələnməsi və onurğasında sınıqlar aşkarlanan qadın 8 gün komadan qaldıqdan sonra vəfat edib.

Qatil ər isə həbs edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.