Dünya

İranda 1 541 nəfər xəstəxanalıq olub

15 Dekabr 2019 20:45
0 Şərh     Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda ötən 1 sutka ərzində hava çirkliliyinə görə, 1 541 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Bu barədə Trend, təşkilatın informasiya portalına istinadən məlumat verib.

M.Xaledinin sözlərinə görə, 570 nəfər tənəffüs sistemindəki xəstəliklərə, 971 nəfər isə ürək xəstəliklərinə görə tibb mərkəzlərinə müraciət edib.

Xaledi əlavə edib ki, Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib.

Təşkilat rəsmisi İsfahan vilayətində 295 nəfər, Əlborz vilayətində 165 nəfər və Mərkəzi vilayətdə 30 nəfərin müalicə mərkəzlərinə müraciət etdiyini deyib.

Xaledi vətəndaşlara zəruri hallar yaranmadığı halda şəhərlərə çıxmamağı və ictimai məkanlarda olarkən maskalardan istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, İranda hava çirkliliyinə görə, bu gün bəzi məktəblər fəaliyyətini dayandırıb və bəzi vilayətlərin məktəbləri sabah da fəaliyyət göstərməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.