Dünya

Dumanlı hava ağır yol qəzasına səbəb oldu: 3 ölü, 2 yaralı - FOTO

12 Dekabr 2019 13:34
0 Şərh     Baxış: 3 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kastamonu vilayətində mikroavtobusun və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat  hadisəsi baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident səhər saatlarında Kastamonu - İnebolu avtomagistralının Seydilər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, havanın dumanlı, yolun buzlu və sürüşkən olması səbəbindən Cəfər Qızıldağın idarə etdiyi 73 SE 563 qeydiyyat nömrə nişanlı çınqıl yüklü TIR, yolun əks istiqamətindən gələn Saleh Emikinin idarə etdiyi 37 BF 334 qeydiyyat nömrə nişanlı mikroavtobusla toqquşub. Zərbənin şiddətindən TIR aşıb, mikroavtobus isə deformasiyaya uğrayıb.

Nəticədə mikroavtobusdan olan 1-i yeniyetmə, 3 nəfər dünyasını dəyişib, daha 2 nəfər isə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.