Dünya

Rusiyada yol qəzasında 12 piyada yaralanıb, 1 nəfər ölüb

7 Dekabr 2019 22:17
1 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod şəhərində zəncirvari qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində dörd avtomobil bir-birinə çırpılıb.

Zərbənin gücündən avtomobillərdən biri idarəetmədən çıxaraq yolu keçən məkrəbliləri vuruv.

Yerli polisin məlumatına görə, hadisə nəticəsində 11 şagird və onlara rəhbərlik edən 2 rəhbər müxtəlif dədəcəli xəsarətlər alıb.

Hadisə şəhərdəki teatr binasının qarşısında piyada keçidində baş verib. Teatra tamaşaya baxmağa gələn məktəblilərin 9-cu sinif şagirdi olduğu bildirilir.

Yaralılar dərhal şəhər xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyinin regional şöbəsindən bildirilib ki, rəhbərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.