Dünya

Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı - YENİLƏNİB

28 Noyabr 2019 18:06
1 Şərh     Baxış: 3 073
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

18:06

Albaniyada zəlzələ qurbanlarının sayı 40 nəfərə çatıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 650 nəfərdən çoxdur. Təxminən 2100 insan evlərini itirib və indi çadırlarda yatırlar.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, Albaniyada noyabrın 25-də 6,4 bal gücündə zəlzələ baş verib. Hökumət ölkədə matəm elan edib.

----------
09:10

Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərin sayı 35 nəfərə çatıb, indiyə qədər dağıntılar altından təxminən 45 nəfəri xilas etmək mümkün olub.

Məlumata əsasən, axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl 27 nəfərin öldüyü, 650 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, Albaniyada noyabrın 26-sı 6,4 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə olan yeraltə təkanlar həmçinin Şimali Makedoniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Yunanıstan, Xorvatiya və İtaliyada da hiss olunub.

Albaniya hökuməti noyabrın 27-sini ümummilli matəm günü elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.