Honq Konqda universitetdə tələbələrlə polis arasında qarşıdurma davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Honq Konqda çərşənbə axşamı bir sıra tələbə polisin qurduğu barrikadanı aşmağa çalışıb. Honq Konq Universiteti iğtişaş polisi tərəfindən barrikadaya alınıb və universitetdə 200-dən az tələbə qalıb.
Tələbələrlə birlikdə Honq Konq Politexnik Universitetində olan Amerikanın Səsinin Kanton xidmətinin müxbiri Ayris Tonq oradakı vəziyyəti "çarəsizlik" kimi dəyərləndirib və azı iki gənc yeniyetmənin intihar etməklə hədələdiyini bildirib.
"Bir oğlan boğazına bıçaq dirəmişdi. Onun boynundan qan gəlmirdi, amma o, özünü öldürmək istədiyini deyirdi. Başqa insanlar ona buna ehtiyacın olmadığını və bıçağı yerə atmasını söyləyirdilər", Tonq bildirib.
Polis bazar günündən etibarən etirazçılara evdə hazırladıqları silahları atmalarına və kampusu tək bir çıxışdan tərk etmələrinə göstəriş verib. Orada onlara qarşı iğtişaşla əlaqədar ittihamların irəli sürüləcəyi güman edilir. Çərşənbə axşamı artıq yüzlərlə etirazçı yerli rəsmilər və icma liderləri ilə danışıqlardan sonra universiteti tərk etməyə razılaşıb.
Bir çox digərləri isə kampusun ətrafındakı təhlükəsizlik kordonunu yan keçərək onları yolda gözləyən motosikletlərə doğru qaçaraq, kampusdan uzaqlaşmağa çalışıb. Polis qaçmağa çalışanlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ötən həftə yüzlərlə tələbə kampusda barrikalar quraraq, kərpic, ox və molotov kokteyli kimi silahlar toplayıblar. Tonqun sözlərinə görə kampusda artıq 100-ə yaxın tələbə qalıb. Amma onun təxmininə görə, "onlardan sadəcə yarısından azı polislə qarşıdurmaya hazırdır".
Honq Konqun icraçısı Karri Lam çərşənbə axşamı qarşıdurma ilə bağlı ilk dəfə çıxış edərək "çox narahat olduğunu" və vəziyyətin dinc yolla həll oluna biləcəyinə ümid bəslədiyini deyib.
Lakin Pekin tərəfdarı olan Lam polisin əməllərini müdafiə edib və deyib ki, tələblərin kampusu " silah zavoduna" çevirməsi onu şok edib. Lam deyib ki, artıq 600-ə yaxın etirazçı kampusu tərk edib.
Çərşənbə axşamı gündüz saatlarında kampus ətrafında vəziyyət daha sakit olub. Ondan öncəki gecə isə bir qrup etirazçı polisin qurduğu barrikadanı keçməyə və kampusa daxil olmağa çalışıb. Etirazçılar polisə molotov kokteyli atıb, küçələrdə baryerlər qurub. Amma polis su şırnaqları, gözyaşardıcı qazlar və rezin güllələrdən istifadə edərək onları uzaqlaşdırmağa nail olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





