Rəsmilər Şərqi Azərbaycan və Zəncanda 70 etirazçının saxlanıldığını bildirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şərqi Azərbaycan və Zəncan vilayətlərində rəsmi qurumların bildirdiyinə görə, noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş nəzarət altına alınıb.
Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər.
Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları "düşmən agentləri" adlandırıb.
İranda benzin qiymətinin artması ardından müxtəlif vilayətlərdə baş qaldıran kütləvi aksiyalarda yüzlərlərlə vətəndaş nəzarət altına alınıb. Polis və hərbi qüvvələrin tətbiq etdiyi zorakılıqlar bəzi şəhərlərdə bir neçə etirazçının ölümü ilə nəticələnib.
"Tasnim" agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Purməhəmmədi tutulanların bir çoxunun "yerli olmadığını" irəli sürüb.
"Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır," vali bildirib.
Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib. "Mehr" agentliyinin xəbərinə əsasən, baş prokuror tutulanları "düşmən agentləri" adlandırıb.
Etiraz aksiyalarının polis və hərbi qüvvələr vasitəsilə yatırılmasının ardınca, noyabrın 19-da Təbrizdə hakimiyyətyönlü yürüş təşkil edilib. Yürüşə qatılanlar qarşısında nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim etiraz aksiyalarını "fitnə" adlandırıb.
İranın dövlət agentliyi İRNA ali dini liderini sevən bir qrupun kəfən geyərək Təbrizdəki yürüşə qatıldığını bildirib.
Noyabrın 18-də Zəncanda təşkil olunan hakimiyyətyönlü yürüşə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
Nobel mükafatının məbləği artırıldı
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





