İranda benzin üsyanı - Təbriz əhalisi yolları bağladı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:17
İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq onlarla şəhərdə hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib. Aksiyalar zamanı ölkə rəhbərliyinə qarşı sərt şüarlar səsləndirilib.
Məlumata görə, noyabrın 15-i axşam saatlarında başlanan kütləvi etirazlar Məşhəd, Əhvaz və Sircanda daha kəskin hal alıb. Sircanda etirazçılar şəhərin neft anbarına od vurmaq istəyərkən polis qüvvələri buna mane olublar.
Milli.Az musavat.com-a istinadən bildirir ki, nəticədə etirazçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada 1 aksiyaçı polis tərəfindən öldürülüb. Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və bir neçə digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq rejimə qarşı şüarlar səsləndirərək, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb ediblər.
Gunaz.tv xəbər verir ki, hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılardan bir neçəsinin avtomobillərinin şüşələri sındırılıb. Sistan-Bəlucistan şəhərlərində də rejimə qarşı küçə etirazlarının keçirildiyi, aksiyaçılarla silahlı hökumət qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilir.
Hazırda İranın bir sıra digər şəhərlərində vəziyyətin gərgin olduğu, ölkənin əsas iri şəhərlərində isə elan olunmamış bir növ fövqəladə vəziyyətin yarandığı bildirilir.
İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Bu isə ölkə vətəndaşlarını şoka salıb. İran Milli Neft emalı şirkəti bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq. Bildirilib ki, benzinin qiymətinin birdən-birə üç dəfə artması İranda qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçılarının ali koordinasiya şurasının birgə qərarı ilə həyata keçirilib.
Bu gün, noyabrın 16-sından etibarən Təbriz başda olmaqla Cənubi Azərbaycan ərazisində də kütləvi etirazlar keçirilir. Sosial şəbəkələrdə yayılan məlumatlardan və görüntülərdən əhalinin əsas magistralları bağladığı və hakimiyyət əleyhinə şüarlar səsləndirdiyi bəlli olur. Hələlik qarşıdurmalar barədə məlumat yoxdur. Amma müşahidəçilər deyir ki, hadisələrin nəzarətdən çıxması hakimiyyəti ciddi şəkildə narahat edir.
Məsələnin ciddiliyi Qum dini dairəsinin axundu, ayətullah Safi Qolpayeqanini də reaksiya verməyə vadar edib. Noyabrın 16-da o, bəyanat yayaraq, ölkədə benzinin qiymətinin artmasına kəskin etiraz bildirib. Axundun məsələyə münasibət bildirməsi və benzinin yeni qiymətinin ləğv edilməsi ilə bağlı tələbi, ölkənin onlarla şəhərində kütləvi etirazlarnın keçirilməsindən az sonraya təsadüf edib. Yaydığı bəyanatda ölkə parlamentinin deputatlarına müraciət edən axund Qolpayeqani, hökumətin benzinin yeni qiyməti ilə bağlı qərarının ləğv olunmasını tələb edib: "Təəssüflər olsun ki, ölkə əhalisinin əksəriyyəti bahalıq, inflyasiya və işsizlik problemi ilə üz-üzə qaldığı bir vaxtda, İslam peyğəmbərinin doğum günü axşamında qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçıları elə bir qərar qəbul etdilər ki, onların bu addımı dərin nigaranlığa səbəb olub. Mən, İran İslam Respublikası parlamentinin deputatlarından istəyirəm ki, benzinin qiymətinin artması ilə bağlı qəbul edilmiş həmin qərarı ləğv etsinlər və ölkə vətəndaşlarının iqtisadi problemlərini aradan qaldırmaq üçün iqtisadçı alimlərlə dərhal məşvərət aparsınlar", - "ayətullah" Safi Qolpayeqani bəyan edib.
Qeyd edək ki, Qərbin sanksiya qərarlarından sonra İranda iqtisadi durum ağırlaşıb və hakimiyyət vəziyyətdən çıxmaq üçün əhalini narazı salan addımlar atmağa qərar verib.
----------
15:41
İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz olaraq aksiyalar keçirilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub.
Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstəriblər. Polis hadisənin qarşısını alıb. Bununla belə, aksiya zamanı bir nəfər ölüb. İRNA agentliyi bildirir ki, onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.
Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyət güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
XƏBƏR LENTİ
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb





