Avropada daşqınlar həm infrastruktura, həm də insanların sağlamlığına təhlükə yaradır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Səhiyyə Təşkilatı (DST) Avropada güclü daşqınlarla əlaqədar bu hadisələrin insanların sağlamlığı üçün potensial təhlükə mənbəyi olması barədə xəbərdarlıq edir və əhalini qorumağa kömək edə biləcək tədbirlər təklif edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu tədbirlər gələcəkdə də faydalı olacaq, çünki ekstremal təbiət hadisələri bundan sonra daha tez-tez baş verə bilər.
Daşqınlar təbii fəlakətlərin Avropada ən geniş yayılmış növlərindən biridir. Son 20 ildə bu daşqınlar region ölkələrinin demək olar ki, heç birindən yan keçməyib. Lakin bu il Avropanın çox yerində daşqınlar görünməmiş miqyas alıb. Məsələn, Venesiyada suyun səviyyəsi son 50 ildə rekord həddə çatıb, Monteneqroda bütöv yaşayış məntəqələri su ilə əhatə olunub, Böyük Britaniyada isə insanlar öz evlərini tərk etməyə məcbur olublar.
DST-nin Avropa bürosunda xatırladırlar ki, daşqınlar zamanı adətən içməli su qıtlığı yaranır, sanitar-gigiyena şəraiti pisləşir, insanlar xəsarət alır. Bütün bunlar əhalinin sağlamlığına mənfi təsir göstərir. Lakin müxtəlif xidmətlərin, o cümlədən tibb müəssisələrinin işində fasilələr yaranması üzündən, insanlar heç də həmişə zəruri tibbi yardım ala bilmirlər.
Daşqınlar çox vaxt faciəyə səbəb olur. İnsanlar suda boğulur, onları elektrik cərəyanı vurur. XXI əsrin əvvəlindən indiyə qədər regionda minlərlə insan daşqınların qurbanı olub. Daşqınlardan zərər çəkənlərin sayı isə bir neçə milyondur.
DST daşqınlardan bu və ya digər şəkildə zərər çəkmiş bütün insanlar üçün tövsiyələr dərc edib. Həmin sənədlərdə daşqından əvvəl, daşqın vaxtı və ondan sonra sağlamlıq üçün riski minimuma endirməkdən ötrü görülə biləcək tədbirlər təsvir edilib. Məsələn, su çəkiləndən sonra, ilk növbədə, ərazini təmizləmək, yolları, ən mühüm xidmətləri və yaşayış yerlərini bərpa etmək lazımdır.
Avropanı cənginə almış daşqınlar UNESKO-da da dərin təşvişə səbəb olub. Venesiyanın vəziyyəti orada xüsusi narahatlıq doğurur. Hələ 1987-ci ildə Dünya İrsi Siyahısına daxil edilmiş bu nadir şəhər çoxsaylı turistlərin səfərləri, kruiz laynerlərinin və yeni tikililərin çoxalması səbəbindən onsuz da təhlükəyə məruz qalır. İndi iqlim dəyişmələri də buraya əlavə olunub. İtaliyanın cənubunda qeydə alınmış Dünya İrsi Abidələri də daşqınlardan zərər çəkib. UNESKO Venesiyanın vəziyyətini qiymətləndirmək üçün zəruri kömək göstərmək, 2020-ci ildə isə yerli hakimiyyət orqanları ilə razılaşdıraraq oraya ekspertlər qrupu göndərmək niyyətində olduğunu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)





