Dünya

Afrikada albinos uşağın əlini kəsdilər

7 Noyabr 2019 20:34
9 Şərh     Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrikada yeddi yaşlı albinos qızın gecəyarısı naməlum şəxs tərəfindən əlinin kəsildiyi bildirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Afrikanın bəzi bölgələrində cadu üçün əzaları kəsilən albinos uşaqlardan biri bu dəfə Zambiyanın şimalında Kitve şəhərində yaşayan yeddi yaşlı qız olub.

Belə ki, naməlum şəxs gecə yarısı evdə qardaşı ilə birlikdə yatan yeddi yaşlı albinos uşağı gizli şəkildə oğurlayıb və əlini kəsib.

Ailə üzvləri duyuq düşəndə qışqırmağa başlayıb və cinayətkar panikaya düşərək qaçıb.

Qeyd edək ki, Afrikada albinos olaraq həyatda qala bilmək çox çətindir. Belə ki, burada albinosları öldürərək onlardan caduda istifadə edirlər. Bəzi ölkələrdə hətta albinos və ya əlil uşaqların pis ruhlar tərəfindən idarə olunduğuna inanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.