Dünya

Tramp Putinə müharibə meydanı verdi

17 Oktyabr 2019 21:21
0 Şərh     Baxış: 1 598

ABŞ prezidenti Donald Trampın hərəkətlərindən Rusiya və onun prezidenti Vladimir Putin xeyir götürür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

"Mən prezidentə dedim ki, bütün yolların Putinə aparıb çıxaracağından narahatam. Ruslar çox uzun müddət və müvəffəqiyyətsiz Yaxın Şərqdə müharibə meydanını ələ keçirməyə çalışırdı və indi prezident onlara belə bir imkan verdi. Ruslar həmçinin, ABŞ-ın Ukraynaya istənilən yardımın ləngiməsindən faydalanır. Yenə də, Putin faydalanır. Prezident bizim NATO-ya sədaqətimizə şübhə edəndə də ruslar və Putin faydalandılar", - Pelosi əlavə edib.

Spiker daha əvvəl də bildirib ki, "bütün yollar Putinə aparır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.