Dünya

Putin: "Məndə “Twitter” yoxdur və mən Trampı izləmirəm"

13 Oktyabr 2019 17:22
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trampın "Twitter"də yazdıqlarını oxumur, ancaq hesab edir ki, onun fikirləri dünya üçün vacibdir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiya lideri bunu Al Arabia, Sky News Arabia və RT Arabic-ə verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.

"Mənim özümdə "Twitter" yoxdur. Mən bunu izləmirəm. Ancaq, əlbəttə ki, zaman zaman əməkdaşlarım mənə məlumat verirlər", - Rusiyanın dövlət başçısı bildirib.

Bununla yanaşı, Rusiya lideri vurğulayıb ki, ABŞ Prezidentinin fikri həmişə vacibdir, həmişə çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. "Ancaq özüm onları oxumuram", - V.Putin əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.