Dünya

72 yaşlı nazir bıçaqlandı - 2 nəfər saxlanıldı

10 Oktyabr 2019 13:34
0 Şərh     Baxış: 1 306
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici - naziri Viranto hücuma məruz qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 72 yaşlı nazir Banten əyalətində səfərdə olarkən naməlum şəxs ona bıçaqla iki zərbə endirib.

Hücum nəticəsində nazir xəstəxanaya yerləşdirilib. Ondan başqa, daha bir polis əməkdaşı xəsarət alıb.

Hadisə ilə bağlı hücum edən şəxs, daha sonra isə onun həyat yoldaşı saxlanılıb. Qadın hücumun planlaşdırılmasında şübhəli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.