İran Böyük Britaniyadan 40 illik borcunu tələb edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmə qərarının olmasına baxmayaraq, Böyük Britaniya İrana borcunu ödəmək istəmir. Bu, beynəlxalq qanunlara ziddir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad deyib.
O, rəsmi Londonu tənqid edərək qeyd edib ki, Böyük Britaniya Ali Məhkəməsi İranın müraciəti əsasında işə baxıb və borcun ödəniləsi barədə qərar qəbul edib. Lakin Böyük Britaniya hökuməti müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, 40 il əvvəl - hələ şah rejimi dövründə İran "Çiften" tanklarının alınmasına dair Böyük Britaniya ilə saziş imzalayıb. Lakin 1979-cu ildə İranda baş verən inqilabdan sonra şah rejimi devrildi və hakimiyyət dəyişikliyi baş verdi. Rəsmi London müqavilədə nəzərdə tulduğu kimi, bir neçə milyon dollar məbləğində beh alsa da, İrana qarşı sanksiyaları bəhanə gətirərək üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edir.
Bu gün həmin tanklar artıq çox köhnəlib və İran ordusunun tələblərinə cavab vermir. İran öz ordusu üçün nəinki daha modern tanklar alıb, hətta özü tank istehsal etməyə başlayıb. Ona görə də İran Böyük Britaniya Ali Məhkəməsinə müraciət edərək hüquqlarının təmin olunmasını tələb edib. Uzun sürən prosesdən sonra 2012-ci ildə məhkəmə Böyük Britaniyanın İrana 480 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar qəbul edib. Lakin aradan yeddi il keçməsinə baxmayaraq, rəsmi London sanksiyaları əsas gətirərək borcu ödəmir. İran hüquqşünasları məhkəmədə sübut ediblər ki, bu borcun ödənilməsinin sanksiyalara heç bir dəxli yoxdur. İran tərəfi hüquqlarının bərpası üçün fəaliyyəti davam etdirəcəyini bildirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub





