Dünya

Həkimlər qadının qolundan ona yeni dil tikdilər - FOTO

21 Sentyabr 2019 12:59
1 Şərh     Baxış: 2 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dil xərçəngindən əziyyət çəkən qadın əməliyyat olunub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada yaşayan Rebecca Patterson-a süni dil qoyulub. Həkimlər onun qolundakı ət parçasından Rebecca üçün dil tikiblər.

Uşaqlıqdan dilində ləkələr əmələ gələn Rebbecca xərçəng xəstəliyinə tutulduğunu ötən ilin aprel ayında öyrənib. O, xərçəng xəstəsi olduğunu öyrənən zaman nişanlı olub.

Həkimlər əməliyyat zamanı qadının iki dişini çıxardıb, boynuna tikiş qoyublar.

"Mən oyananda qolumda və boynumda tikiş izləri var idi", - deyə Rebecca əməliyyatdan sonra söyləyib.

Qeyd edək ki, Rebecca hazırda ailəlidir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.