İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib.
H.Nəqəvi Hüseyninin sözlərinə görə, bu layihələr 22-23 sentyabrda komissiyada araşdırılacaq.
Sözçü əlavə edib ki, layihələrdən biri ABŞ-ın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır.
Komissiya sözçüsü sanksiyalarla ABŞ-a qarşı sərt addımların atılacağını deyib.
Milli.Az