Dünya

Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var

15 Sentyabr 2019 22:44
0 Şərh     Baxış: 1 088
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suriyanın şimalında Türkiyə ilə sərhəddə yerləşən Çobanbəy şəhərində terror aktı törədilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  yerli xəstəxananın binası yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.

Partlayış nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər.

Partlayışın kimin tərəfindən törədildiyi barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.