Dünya

Gürcüstan-Ermənistan sərhədində zəlzələlər olub

10 Sentyabr 2019 23:53
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Gürcüstanın Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, birinci zəlzələnin maqnitudası 5,2 bal olub. Yeraltı təkanın episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 8 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələnin episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 5 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.