Dünya

İranda zəlzələ: işıq və telefon kəsildi

8 Sentyabr 2019 18:12
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.

S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefonu kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.