Honq Konqdakı bazar günü etiraz aksiyaları zamanı iğtişaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum təşkil etdiklərinə görə 36 nəfər həbs edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
Etirazçılar polislər ilə qarşıdurma zamanı molotov kokteyli, daşlardan istifadə ediblər.
Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər.
Milli.Az