Dünya

ABŞ yenə sanksiyalarla hədələdi

24 Avqust 2019 14:34
0 Şərh     Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın "Adriana Dara" neft tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu açıqlama ilə ABŞ-ın Dövlət Departameti çıxış edib.

Xatırladaq ki, iyulun 4-də İranın neft tankeri heyəti ilə birlikdə Hibraltarda Böyük Britaniya tərəfindən həbs edilmişdi. Bir neçə gün sonra isə İran Hörmüz boğazına daxil olan Britaniyaya məxsus neft tankerini həbs etdi. Bundan sonra Britaniya məhkəməsi ABŞ-ın tələbinə baxmayaraq, İran gəmisini azad etdi. Rəsmi Vaşinqton İspaniya, Yunanstan və Tükiyəyə İranın "Adriana Dara" tankerinin yenidən həbs edilməsi tələbi ilə müraciət etdi. Lakin bu dövlətlər ABŞ-ın tələbinə məhəl qoymadılar. Bu gün isə ABŞ İran tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.