Dünya

Spiker deputatın 2 aylıq uşağına süd verdi

21 Avqust 2019 15:39
1 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiya parlamentinin sədri Trevor Mallard deputat Tamati Coffinin iclasa gətirdiyi 2 aylıq oğluna butulkada süd verib.

Mİlli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, üç övladı olan Mallardın bu jesti sosial mediada rəğbətlə qarşılanıb.

Tutanekai adlı körpə günorta südünü parlamentin spikerinin qucağında içib.

Trevor Mallard körpə ilə fotosunu Tvitter mikrobloqunda paylaşaraq kürsüdə VİP qonaq oturduğunu qeyd edib. O, yeni ata olan deputatı da təbrik edib.

Xatırladaq ki, parlament sədri 2017-ci ildə deputat Villou Cin Praymın üç aylıq qızına da süd vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.