Dünya

Kişi keçmiş sevgilisini öldürüb, ürəyini çıxardıb yedi - FOTO

27 İyul 2019 14:23
6 Şərh     Baxış: 2 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

38 yaşlı kişi keçmiş sevgilisini vəhşicəsinə qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sevgilisini öldürdükdən sonra onun bədən üzvlərini bişirib yeyən hannibal Joseph Oberhansley-nin növbəti məhkəməsi keçirilib.

ABŞ-ın Indiana ştatında yaşayan 38 yaşlı Joseph Oberhansley 46 yaşlı sevgilisini öldürdükdən sonra onun cəsədini hissələrə ayırıb.

Məhkəmədən verilən məlumata görə, o, qadını öldürdükdən sonra elektrikli mişarla bədənini hissələrə ayırıb. Cozef qadının beynini, ürəyini və ciyərlərini çıxardaraq bişirib, yeyib.

Cefersonvill şəhərində yaşayan Cozef törətdiyi cinayəti və hanniballığı hakim qarşısında etiraf edib.

O, 2014-cü ildə törədilən cinayətə görə ömürlük həbs cəzası alıb.

Qeyd edək ki, Cozef 1998-ci ildə 17 yaşlı sevgilisini, anasını və bacısını da güllələyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.