Dünya

ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub

20 İyul 2019 20:49
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.

Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.

Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.

Daha əvvəl FEMA Federal Təcili Yardım Agentliyi xəbərdarlıq edib ki, ABŞ sakinlərinin təxminən yarısı anormal isti hava şəraitinin yayıldığı ərazisindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.