Dünya

Bir ailənin 4 üzvü göbələkdən zəhərləndi - Moskvada

11 İyul 2019 17:04
0 Şərh     Baxış: 865
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskva ətrafında bir ailənin 4 üzvü göbələkdən zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ailə üzvləri yığdıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər.

İlkin olaraq 65 yaşlı nənə və 3 yaşlı nəvə xəstəxanaya yerləşdirilib. Daha sonra onlar helikopterlə təcili Moskvaya çatdırılıblar. Azyaşlının hələ də reanimasiya şöbəsində olduğu qeyd edilir.

Digər zəhərlənən şəxslər 67 yaşlı kişi və 19 yaşlı qızın vəziyyətləri orta ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.