Nikolun xüsusi qrupu Tiflisdə nələr edir? - Sensasion detallar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tiflisin rusiyalı turistlərin Ermənistandan tranzitindən imtina etməsi təsadüfü deyil.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Georgi Tsiklauri deyib. O, Gürcüstan Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvilinin rusiyalı turistlərin ölkə otellərinə çatdırılması zamanı İrəvandan deyil, Bakı və Trabzon aeroportlarından istifadə ediləcəyini bildirməsini şərh edərkən vurğulayıb ki, Ermənistandan Gürcüstana maydan "ixrac" edilir.
"Təsadüfü deyil ki, KİV-də Gürcüstan parlamentinə hücum zamanı təkcə erməni və Ermənistan vətəndaşlarının iştirakı deyil, həmçinin Ermənistanın xüsusi xidmət orqanlarının da əli olduğu yazılıb", - politoloq qeyd edib.
Tsiklauri xatırladıb ki, iyunun 24-də Tiflisdə avtomobil yürüşü etirazı zamanı aksiya iştirakçıları Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını və Rustaveli prospektində saxlanılanların sərbəst buraxılmasını tələb ediblər:
"Aksiyanın əsas təşkilatçısı erməni əsilli Serqo Qalstyan olub. O, həmçinin iyunun 21-də erməni təxribatçılarının iştirakı ilə Gürcüstan parlamentinin ələ keçirilməsi cəhdi zamanı saxlanılanların həbsinə dair qərar verən məhkəmə hakimlərinin də işdən çıxarılmasını tələb edib.
Onlardan biri Minas Minasyan Gürcüstan polisi tərəfindən saxlanılıb və Ermənistan səfirliyi dərhal onun azad edilməsi üçün cəhdlərə başlayıb. Və əlbəttə ki, Gürcüstan polisi tərəfindən 15 sutkalıq həbs edilən Ermənistan vətəndaşı, Soros Fondunun nümayəndəsi, erməni liberalı və Paşinyanın tərəfdaşı Minas Minasyan "təsadüfən" əlində "Molotov kokteyli" ilə Gürcüstan parlamentinin yanında olub.
Belə görünür ki, Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfdaşları Baqramyan adına taborun döyüşçülərinin Abxaziyada parlamentin binasını ələ keçirdikləri kimi, Gürcüstan parlamentini də ələ keçirib və cəzasız qalacaqlarını düşünürlər".
Tsiklauri hesab edir ki, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşının rusiyalı turistlərin Bakıdan daşınmasının tərəfdarı olması yuxarıda sadalananları təsdiqləyir.
"Saakaşvilinin xanımı ərinin və onun tərəfdaşlarının "şübhələrini üzərindən atmalıdır". Bununla yanaşı, Saakaşvili Paşinyanla bağlı heç bir pis söz deməyib. Bu təsadüfdür?" - politoloq bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Paşinyanın adı sərginin siyahısından çıxarıldı
XƏBƏR LENTİ
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?





