Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksikanın paytaxtı Mexiko şəhərinin məşhur və ərazisinə görə ən böyük Boskes de Çapultepek parkı və Meksikanın yeni Administrasiyası tərəfindən muzeyə çevrilmiş keçmiş Los Pinyos Prezident İqamətgahı ərazisində keçirlmiş ənənəvi "Dost Mədəniyyətləri Festivalı"nda (Feria de Las Culturas Amigas) bu ölkədəki Səfirliyimizin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, ənənələri, tarixi, milli mətbəxi, rəqsləri və s. təqdim olunub.
Səfirlikdən Milli.Az-a verilən məlumata görə, festivalın təntənəli açılış mərasimində Mexiko şəhəri Hökumətinin başçısı (şəhərin meri) Klaudiya Şeynbaum, Mexiko şəhəri Höküməti və qanunverici orqanının üzvləri, Meksikada akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökumətinin təşkili ilə keçirilən bu Festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. İki həftədən artıq davam etmiş Festivalı rekord say dörd milyon altı yüz mindən artıq qonaq ziyarət edib. İldən ilə maraq artan bu tədbirə bu il doxsanadək ölkə qatılıb. Ənənəyə çevrilmiş bu Festival Meksikanın müxtəlif regionlarından, həmçinin xaricdən turistləri cəlb edir onlar tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycan Respublikası Festivalın həm mədəniyyət həm də milli mətbəxlərə aid hissəsində təmsil olunub, həmçinin Meksikalılardan ibarət "İpək Yolu" rəqs qrupu tərəfindən Festivalın mərkəzi konsert zalında Azərbaycan milli rəqsləri çoxsaylı qonaqlara nümayiş etdirilib.
Festivalın qonaqlarına Azərbaycan tarixi, xüsusilə müsəlman şərqinin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilib, video və çap materialları nümayiş etdirlib, kitabça və bröşürlar paylanıb, onlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunub.
Festivalın çoxsaylı qonaqları Azərbaycan stendinə böyük maraq göstərib, ölkəmizin stendi yerli televiziya kanallarında ən maraqlılar arasında göstərilib, sosial şəbəkələrdə milli mətbəximiz və mədəniyyətimiz barədə çoxsaylı müsbət paylaşımlar edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





