ABŞ-da ən böyük şirin su ehtiyatlarından biri aşkar edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1970-ci illərdə, Atlantik okeanı altında neft və qaz ehtiyatları axtarışları zamanı neft şirkətləri tez-tez şirin suya təsadüf ediblər. Bu tapıntılar göstərib ki, haradasa duzlu su altında şirin sulu təbəqə mövcuddur və bu təbəqə perspektivdə çox böyük içməli su mənbəyi ola bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin torpağın altında gizlənmiş su ehtiyatlarının həcmi barədə indiyədək dəqiq məlumatı olmayıb, lakin onilliklər boyu aparılan tədqiqatlardan sonra bu sirr, nəhayət, açılıb. Məlum olub ki, şirin sulu təbəqə ABŞ-ın bütün şimal-şərq sahilboyu uzanır.
Bu kəşfi dəniz geoloqu Kloye Qustafsonun rəhbərliyi ilə bir qrup tədqiqatçı edib. Tədqiqat 2015-ci ildə başlayıb: alimlər Nyu-Cersi sahillərini və Martas-Vinyard adasını "Marcus G. Langseth" gəmisinin elektromaqnit qəbuledicisinin köməyi ilə skanlayıblar.
Şirin sudan fərqli olaraq duzlu suyun böyük elektrik keçiriciliyi şirin sulu təbəqənin xəritəsini tərtib etməyə kömək edib.
Məlum olub ki, şirin su ehtiyatları Massaçusetsdən başlayaraq Nyu-Cersiyədək uzanır, Delaver, Nyu-York, Konnektikut və Rod-Aylendi əhatə edir. Uzunluğu 350 kilometr olan rezervuarda 2,8 min kubkilometr azacıq duzlu su var. Suda duzun mövcudluğu xüsusilə yuxarıdan, okean dibinə yaxın yerdən yaxşı görünür: belə suyu istifadə etməzdən əvvəl onu şirinləşdirmək lazımdır.
Yeraltı şirin su ehtiyatlarının 15-20 min il əvvəl, buzlaqların əriməsi, habelə hərəkətdə olan su mənbələrinin qabarması və çəkilməsi zamanı əmələ gəldiyi ehtimal olunur. Onların sahəsi daha çox ola bilər. Çox güman, gizli şirin su ehtiyatları ABŞ-ın Atlantik kontinental şelfinin şərq hissəsində toplanıb. Əgər bu ehtimal doğrudursa, onda alimlər dünyada məlum şirin su ehtiyatlarından ən böyüyünü kəşf ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir





