Dünya

“ABŞ əsgərlərinin həyatını qorumaq istəyirsə…” - İranlı general hədələdi

24 İyun 2019 16:39
2 Şərh     Baxış: 1 523

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlara nəzarət və əməliyyatları koordinasiya mərkəzi "Xatəm ül Ənbiya" qərargahının komandanı, general Qulaməli Rəşid ABŞ-ı "səhv addımlardan" çəkinməyə çağırıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu - SEPAH-ın hava-kosmik qüvvələrinin raket sistemləri mərkəzinə baxışı zamanı jurnalistlərə açıqlama verən Qulaməli Rəşid deyib:

"İran strateji qarşıdurma şəraitində Amerika, İsrail və Səudiyyə Ərəbistanı koalisiyası ilə üz-üzə dayanıb. Amerika səhv addımlarından çəkinərək, regiondakı əsgərlərinin həyatını qorumaq üçün daha məsuliyyətli davranmalıdır. Hesab edirik ki, sözlə və bəyanatlar səsləndirməklə müharibənin qarşısını almaq olmaz. Bunun üçün sadəcə olaraq, iradə və düzgün rəftar olmalıdır".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Əli · 24 İyun 17:04013

    Boş-boş xox eləməyin

    Cavab yaz
  • Anonim
    S · 24 İyun 19:2592

    İran böyük gücdür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.