Panamada sol mərkəzçi İnqilabi Demokratik Partiyasından olan namizəd, keçmiş kənd təsərrüfatı naziri Laurentino Kortiso ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Seçki Komissiyası onun seçicilərin 33,07% səsini topladığını elan edib.
Seçkilərdə ölkə əhalisinin 73 faizi iştirak etdiyi üçün seçki baş tutmuş sayılıb. Ümumilikdə seçkilərdə 7 namizəd iştirak edib.
L.Kortiso seçkilərin nəticələrindən məmnun qaldığını bildirərək, artıq birləşmək zamanı olduğunu deyib.
Milli.Az