Dünya

Qırğızıstan prezidenti istefa verməyəcəyini bəyan etdi!

8 Aprel 2010 18:18
Baxış: 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, onun bəyanatı yazılı formada "24.kg" agentliyinə daxil olub. İğtişaşlar və çoxsaylı insan təlafatında müxalifət liderlərini ittiham edən Bakiyev hakimiyyət dəyişikliyi istəyən hər kəsin qanunlar çərçivəsində hərəkət etməsinin vacibliyini bildirib.

"Bəyan edirəm ki, ölkə prezidenti kimi səlahiyyətlərimi dayandırmamışam və dayandırmıram", - deyə dövlət başçısı bildirib.

Bakiyev ölkədə vəziyyətin nəzarətdən çıxdığını etiraf edib və bunda müxalifəti günahlandırıb: "Ölkənin bir çox bölgələrində, xüsusilə paytaxtda xaos hökm sürür. Müxalifət əvvəlcə hədəf kimi məni devirməyi göstərirdisə, indi onlar dinc sakinlərə qarşı aqressiya nümayiş etdirir".

Bakiyev bildirib ki, o, prezident kimi ölkədə baş verənlərə hər hansı müdaxilə imkanından məhrum olub. Beynəlxalq strukturlara müraciət edən prezident onlardan Qırğızıstanda yaşananlara diqqət ayırmalarını istəyib: "Bu gün Qırğızıstan humanitar fəlakətlə üz-üzə qalıb. Əgər obyektiv şəkildə sübut olunarsa ki, bu vəziyyətin yaranmasında günahkaram, mən məsuliyyətdən qaçmayacaq, hətta prezident toxunulmazlığı statusunun arxasında gizlənməyəcəyəm. İndi vacib olanı ölkənin küçələrində baş verənlərin qarşısını almaqdır. Bəyan edirəm ki, hazırkı durum və bundan sonra situasiyanın qəlizləşməsinə görə məsuliyyəti müxalifət liderləri daşıyacaq. Onlar qanun qarşısında cavab verməli olacaqlar. Xalqı sakitliyə, səbrli olmağa, provakasiyalara uymamağa çağırıram".

Milli.Az

Uyğun linklər:
Bişkekdə yenidən atışma başladı
Qırğızıstan: Prezident istefa verdi, parlament buraxıldı - FOTO - VİDEO
Qırğızıstanda hökümət istefa verdi - FOTO - VİDEO - YENİLƏNİB
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.