Qırğızıstan prezidenti istefa verməyəcəyini bəyan etdi!
8 Aprel 2010 18:18
Milli.Az xəbər portalının məlumatına görə, onun bəyanatı yazılı formada "24.kg" agentliyinə daxil olub. İğtişaşlar və çoxsaylı insan təlafatında müxalifət liderlərini ittiham edən Bakiyev hakimiyyət dəyişikliyi istəyən hər kəsin qanunlar çərçivəsində hərəkət etməsinin vacibliyini bildirib.
"Bəyan edirəm ki, ölkə prezidenti kimi səlahiyyətlərimi dayandırmamışam və dayandırmıram", - deyə dövlət başçısı bildirib.
Bakiyev ölkədə vəziyyətin nəzarətdən çıxdığını etiraf edib və bunda
müxalifəti günahlandırıb: "Ölkənin bir çox bölgələrində, xüsusilə
paytaxtda xaos hökm sürür. Müxalifət əvvəlcə hədəf kimi məni devirməyi
göstərirdisə, indi onlar dinc sakinlərə qarşı aqressiya nümayiş
etdirir".
Bakiyev bildirib ki, o, prezident kimi ölkədə baş
verənlərə hər hansı müdaxilə imkanından məhrum olub. Beynəlxalq
strukturlara müraciət edən prezident onlardan Qırğızıstanda yaşananlara
diqqət ayırmalarını istəyib: "Bu gün Qırğızıstan humanitar fəlakətlə
üz-üzə qalıb. Əgər obyektiv şəkildə sübut olunarsa ki, bu vəziyyətin
yaranmasında günahkaram, mən məsuliyyətdən qaçmayacaq, hətta prezident
toxunulmazlığı statusunun arxasında gizlənməyəcəyəm. İndi vacib olanı
ölkənin küçələrində baş verənlərin qarşısını almaqdır. Bəyan edirəm ki,
hazırkı durum və bundan sonra situasiyanın qəlizləşməsinə görə
məsuliyyəti müxalifət liderləri daşıyacaq. Onlar qanun qarşısında cavab
verməli olacaqlar. Xalqı sakitliyə, səbrli olmağa, provakasiyalara
uymamağa çağırıram".
Milli.Az
Uyğun linklər:
Bişkekdə yenidən atışma başladı
Qırğızıstan: Prezident istefa verdi, parlament buraxıldı - FOTO - VİDEO
Qırğızıstanda hökümət istefa verdi - FOTO - VİDEO - YENİLƏNİB