Dünya

Moskvada çeçenlərlə azərbaycanlıların atışmasının SƏBƏBİ bilindi - 10 nəfər yaralanıb - VİDEO - FOTO

15 Fevral 2019 09:58
22 Şərh     Baxış: 13 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:58

Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14-də saat 23 radələrində silahlı atışma baş verib.

Milli.Az report-a istinadən bildirir ki, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen "Neolit" kafesinə hücüm edib.

Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin maşınına da ciddi ziyan dəyib. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq üzr istədilməsidir.

----------
07:21

Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.

İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.

Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn təqribən 70-100 nəfər çeçen mənşəli şəxs kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar.

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.

"Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.

Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.

Başqa bir hadisə iştirakçısı insidentin çoxdankı münaqişənin davamı olduğunu deyib:

"Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub. Heç kim nə baş verəcəyini bilmirdi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Москве вооруженные чеченцы напали на кафе азербайджанца, ранены 10 человек -1

В Москве вооруженные чеченцы напали на кафе азербайджанца, ранены 10 человек

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.