Dünya

Gürcüstanda “donuz qripi”ndən daha 2 nəfər ölüb

15 Yanvar 2019 12:02
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda daha iki nəfər A qrip virusunun növü olan H1N1 "donuz qripi"ndən dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölənlərdən biri 10 aylıq uşaqdır.

Bu artıq laboratoriya tərəfindən təsdiq edilən 16-cı ölüm halıdır.

Gürcüstan Səhiyyə nazirliyindən jurnalistlərə açıqlama verilərkən bildirilib ki, uşaq, həmçinin qızılca xəstəsi olub.

İkinci ölən şəxs isə Qori şəhərindən olan 48 yaşlı kişi olub. O, laboratoriya tərəfindən təhlükəli virusdan öldüyü təsdiq edilən 17-ci adam olub.

Nazirlikdən əlavə ediblər ki, ümumən epidemiyanın miqyası azalmağa doğru gedir.

Rəsmi məlumatlara görə, hazırda Gürcüstanda "donuz qripi"nə xəstələrinin sayı 9 min nəfərdir ki, onlardan da 42-nin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.