Sağlamlıq

Günəş əleyhinə kremlər görün insanı nə hala salırmış - XƏBƏRDARLIQ

26 May 2024 01:20
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dəri xərçəngi inkişaf edə bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı kimyaçı, Biokimyəvi Fizika İnstitutunun biopolimerlərin funksional xassələri laboratoriyasının müdiri Mariya Semyonova bildirib.

"Fakt budur ki, Günəş əleyhinə kremlər dərini ultrabənövşəyi şüalardan qoruyur. Həkimlər həmçinin qorunmaq üçün geyim, papaq, günəş eynəyi kimi vasitələrdən istifadə etməyi məsləhət görürlər. Lakin digər tərəfdən, D vitamininin ciddi çatışmazlığı dərinin vaxtından əvvəl qurumasına və hiperpiqmentasiyasına, elastikliyini itirməsinə, qırışların yaranmasına, qızartılara səbəb olur", - deyə o qeyd edib.

Həkim tövsiyə edib ki, xüsusilə payız-qış dövründə D vitaminini qidaya əlavə etmək lazımdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.