Fransada azərbaycanlıların dəfn olunduğu məzarlıq - REPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın San-Klu (Saint-Cloud) şəhərinin məzarlığı digərlərindən fərqlənir. Bu məzarlıqda Fransa tarixinə adı qızıl hərflərlə yazılmış bir sıra tanınmış şəxsiyyətlər, I və II dünya müharibələrində öz həyatlarını itirmiş 210 müharibə qurbanı dəfn olunub.
Milli.Az report-a istinadən Vüsalə İsmətqızının reportajını təqdim edir:
Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920), 1919-cu ildə müstəqil cümhuriyyəti Paris sülh Konfransında tanıtmaq üçün Fransaya gələn nümayəndə heyətinin sədr Əlimərdan bəy Toçubaşov, həyat yoldaşı Pəri xanım, oğlanları Rəşid bəy və Ələkbər bəy də bu məzarlıqda uyuyurlar.
1919-cu ildə müstəqil cümhuriyyəti Paris sülh Konfransında tanıtmaq üçün Fransaya gələn nümayəndə heyətinin tərcüməçisi və müşaviri Ceyhun bəy Hacıbəyli, həyat yoldaşı Zöhrə xanım, oğlanları Ceyhun və Timuçin birgə, eyni daşın altında bu məzarlıqda dəfn olunublar. Ceyhun bət Hacıbəylinin oğlu Ceyhun gənc yaşlarında II dünya müharibəsində həlak olub və o bu gün bu məzarlıqda uyuyan 210 müharibə şəhidlərindən biridir.
Məzarlıqda uyuyan Strasburq, daha sonra Bordo şəhərlərində Zoologiya və Fiziologiya fakültələrində kafedraya rəhbərbərlik edən həkim-professor Jules Chéron (1833-1900) xüsusilə, Oftalmomikroskop sahəsində özünün kəşf etdiyi tibbi cihaz ilə beyin dövranına həsr etdiyi elmi araşdırlmaları ilə tibbə əvəzolunmaz töhfələr verib.
Uyuyanlar arasında Fransız astronomu, optika sahəsi üzrə mühəndis, professor Henri Chretien (1879-1956) optika sahəsindəki ixtiraları ilə məşhur olub. O, 1917-ci ildə, "refleks" reflektorunu icad edib. Daha sonra tankların geniş formatlı teleskoplarını əvəz etmək üçün optik sistem üzərində işləyib ki, bunun nəticəsində hiperqonarın ixtirasına imkanlar açılıb. 1922-ci ildə hiperbolik güzgülü teleskop əldə etmək üçün yeni optik birləşməni ixtira edir. 1926-cı ildə mütəxəssis "Hyperqonar" adlı obyekt icad edib ki, bu ixtirasına görə 1931-ci ildə Elmlər Akademiyasının "Valz" mükafatına layiq görülüb. Bu ixtirası 1953-cü ildə "Cinemascope"u icad etmək üçün perspektivlər açıb.
Yüzdən çox kitabın müəllifi olan Maurice Allais bu günə kimi İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən yeganə fransızdır. O bir sıra iqtisadi nəzəriyyənin, o cümlədən məşhur "Allais paradoksu" nəzəriyyəsinin banisi, iqtisadiyyata dair çoxlu sayda kitabın müəllifidir.
Fransanın müqavimət hərəkatının qabaqcıllarından biri, Nansi (Nancy) şəhərinin azad edilməsindən sonra Şarl de Qollu şəxsən özü bu şəhərdə qarşılayan Gilbert Grandvalın adı bu gün şərəflə hallanır. O, müqavimət hərəkatının tərkibində olarkən Fransanın 8 departamentində Fransa Daxili Qoşunlarına rəhbərlik edib.
Məhşur məzarlıqda bundan başqa Fransanın tanınmış kino aktyoru, rejissor və senaristi Gérard Blain (1930-2000), komediya ustası Gabrel Robinne, mjusiqişünas Jeanne de Miramon 1895-1940) və digərləri də uyuyur.
Məzarlığın digər sakini Fransanın öz dövrü üçün məşhur rəssamlarından olan Edouard Joseph Dantan tanınmış heykəltəraş karikaturaçı Antoine Laurent Dantanın oğludur. Əl işlərini naturalizm üslubunda yaradıb və bu janrın inkişafında töhfəsi əvəzolunmazdır. O, atın büdrəməsi və yıxılması nəticəsində içində olduğu avtomobilin kilsəyə çırpılması nəticəsində müəmmalı və faciəvi şəkildə həyatını dəyişib.
Burada uyuyanlar arasında dünyaşöhrətli fransız yazıçısı Emil Zolanın qızı Denise də var.
Yerigəlmişkən, Fransanın San-Klu məzarlığından başqa digər məzarlıqlarda da, habelə, Bobinyi və Monparnas məzarlıqlarında da azərbaycanlı mühacirlər yatırlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var





