Almaniyada yaşayan azərbaycanlılar daha sıx birləşmək qərarına gəliblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada yaşayan soydaşlarımız "Almaniya Azərbaycanlıları Koordinasiya Şurası" yaradır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Şuranın yaranmasında məqsəd soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və fəaliyyətlərinin daha intensiv koordinasiya olunmasıdır. Soydaşlarımız hesab edir ki, dövlətimizin diaspor siyasəti artıq xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoyub. Ölkə başçısının "Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir" fikirlərini diaspor təşkilatları və soydaşlarımız qarşıya qoyulan zərurət kimi qəbul edirlər.
Məhz bu zərurətdən irəli gələrək Almaniyada yaşayan soydaşlarımız daha sıx birləşmək və səmərəli fəaliyyət göstərmək istiqamətində konkret addımlar atırlar. Soydaşlarımızın verdiyi informasiyaya görə, Koordinasiya Şurası qərarların kollegial qəbuluna imkan yaradacaq, əlaqələri gücləndirəcək və daha uğurlu nəticələrin əldə edilməsinə təkan verəcəkdir.
Təsis iclasında iştiraka dəvət edilən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti bu ölkəyə yola düşüb. Nümayəndə heyətinin Almaniya ilə bərabər İsveçrə və Fransaya da səfəri planlaşdırlır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində hər üç ölkədə dövlət rəsmiləri, Azərbaycan diaspor təşkilatları və orada yaşayan soydaşlarımızla görüşəcəkdir.
Yusif Nəsirli
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şirniyyat evi üsulu ilə bamiyə şirniyyatı: Xırtıldayan teksturanın əsas sirri
-
2026-cı il türk şou-biznesində ayrılıq ili oldu – Məşhur cütlüklər bir-birindən ayrıldı - (Fotolar)
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu





