Dünya

İranda 100-ə yaxın azərbaycanlı həbs edildi

3 Aprel 2010 14:29
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə şənbə günü Trend İranın müxalifət saytı olan "kaleme.com"-a istinadən məlumat yayıb.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri Urmiya gölünə gedən yolların 50 kilometrliyində axtarış-nəzarət məntəqələri yaradaraq, həmin körpüdə etiraz aksiyasına qoşulmaq istəyən şəxsləri gölə tərəf getməyə qoymayıblar.

Məlumatda bildirlir ki, körpünün üzərinə toplaşmış şəxsləri dağıtmaq məqsədi ilə təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlardan istifadə edib. Aksiya iştirakçıları özləri ilə su ilə dolu şüşə qablar gətirirək gölə töküblər. Aksiya iştirakçıları üzərində "Türk dilində məktəb", "Yaşasın Azərbaycan" yazılmış şüarlar daşıyıblar.

Qeyd edək ki, ötən gün Urmiya gölünün qurudulmasına etiraz olaraq Dünya Azərbaycanlıları Konqresi  də (DAK) İranın Azərbaycandakı səfirliyinin qarşısında da etiraz aksiyası keçirib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qurudulma nəticəsində hazırda Urmiya gölündə suyun səviyyəsinin 7 metr aşağı endiyini deyib. Tağızadə qeyd edib ki, Azərbaycan tarixinin simvollarından biri olan Urmiya gölünün qurudulması həm də ekoloji problemlərin yaranması deməkdir.

Urmiya gölü İranın ən məşhur göllərindən biridir. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər.

Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki kifayət deyil.

/Trend/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.