Dünya

Çexiyanın İsraildəki səfirliyi Qüdsə köçürülə bilər

13 Sentyabr 2018 07:25
0 Şərh     Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi mümkünlüyünün nəzərdən keçirildiyini bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, onun sözlərinə görə, diplomatik nümayəndəliyin köçürülməsi prosesi üç mərhələdən ibarət olacaq.

O qeyd edib ki, oktyabrda Qüdsdə Çexiyanın fəxri konsulluğu açılacaq. Bundan sonra orada "səfirliyin faktiki köçürülməsinədək digər Çexiya müəssisələri" açılacaq.

Bildirilir ki, Zeman Qüdsdə Çexiya diplomatik nümayəndəliklərinin konkret nə zaman açılacağı barədə məlumat verməyib.

Agentliyin məlumatına görə, ölkənin xarici siyasətini idarə edən Çexiya hökuməti bu planları təsdiq etməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.