Dünya

Peruda torpaq sürüşməsi: 28 ölü, 54 yaralı

3 Aprel 2010 18:45
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Porvenir və Kansexos şəhərlərində aramsız yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi və daşqınlar nəticəsində ilkin məlumata görə 28 nəfər həyatını itirib, 54 nəfər yaralanıb.

Peru mülki müdafiə xidmətindən verilən məlumata görə, ölənlərin artacağı gözlənilir. Paytaxt Lima yaxınlığında yerləşən Ambo şəhərində  baş verən torpaq sürüşməsində isə 25 insan itkin düşmüş hesab olunur. Təbii fəlakət 120 ailəni evsiz qoyub. Bu gün səhər Kansexos şəhərində baş verən təbii fəlakətdə isə 5 insan həlak olub.      

Peruda ilin bu mövsümündə torpaq sürüşmələri və palçıq selləri tez-tez olur. Mütəxəssislərin rəyincə cari ildə yağıntıların intensivliyinin artdığı müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.