Dünya

Qəzzada toqquşma: ölənlər var - YENİLƏNİB - FOTO

30 Mart 2018 23:57
19 Şərh     Baxış: 2 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

23:57

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 16 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Son məlumatlara əsasən, kütləvi iğtişaşlar zamanı azı 1 400 fələstinli yaralanıb. Bundan əlavə, İsrail ordusu "HƏMAS" hərəkatı və "İslami Cihad" qruplaşmasının Qəzzadaki mövqelərini artilleriya atəşinə tutub.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.

---------

20:19

Qəzza zolağında minlərlə fələstinli altı həftəlik etiraz aksiyası çərçivəsində İsrail sərhədinə yürüş edib.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, İsrail hərbiçilərinin açdığı atəş nəticəsində azı 8 nəfər ölüb, mindən çox insan yaralanıb.

İsrail ordusu yürüşü altı müxtəlif nöqtədə baş verən "iğtişaşlar" kimi qələmə verib və yalnız əsas təxribatçı fəallara atəşin açıldığını bəyan edib.

"Böyük qayıdış" yürüşündə iştirak edən fələstinlilərin hazırda İsrail sərhədi yaxınlığında beş məntəqədə çadır düşərgəsi qurduğu bildirilir.

Aksiya iştirakçılarının İsrail hökumətindən əsas tələbi qaçqınların doğma vətənlərinə qayıtmalarıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.