Dünya

Mozambikdə dəhşətli yol qəzası: 21 ölü, 30 yaralı

25 Mart 2018 23:12
0 Şərh     Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mozambikdə ağır yol qəzası nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə xəbər portalı olan "Club of Mozambique" məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qəza Maputo şəhərinin yaxınlığında baş verib. İlkin məlumata görə, avtomobil bir neçə maneəyə çırpılaraq, piyada körpüsünə daxil olub. Ölənlərin əksəriyyəti gənclərdir.

Qəzanın səbəbi hələlik məlum deyil. Lakin sürücünün sərxoş olduğu istisna edilmir. Yerli "O Pais" qəzetinin xəbərinə görə, bu, ölkədə baş verən ən ağır avtomobil qəzasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.