Dünya

4 gündür yoxa çıxan gənc elektrik dirəyindən asılı halda tapıldı - FOTO

23 Mart 2018 10:46
0 Şərh     Baxış: 4 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaziantepdə 19 martdan bəri axtarılan 21 yaşlı Hüseyn Çalık meşəlik ərazidə elektrik dirəyindən asılı halda tapılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 4 gündür yoxa çıxan gəncin cəsədi evindən təxminən 3-4 kilometrlik məsafədə aşkar edilib.

Gənc meşəyə ağac əkmək üçün gələnlər tərəfindən elektrik dirəyindən asılı vəziyyətdə tapılıb.

Hadisə ilə bağlı istintaq başlanılıb. Cəsədi səhər saatlarında tapılan gəncin gecə öldüyü təxmin edilib. Hadisənin intihar, yaxud qətl olduğu araşdırılır.

Məhəmməd Vaqif

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.