Dünya

Aİ ölkələri NATO ilə daha sıx əməkdaşlıq quracaqlar

23 Mart 2018 09:13
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aİ Şurası  Avropa Komissiyası və Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə Aİ-də kimyəvi və bioloji təhlükəsizliyin möhkəmləndirilməsi, NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi və təhdidlərin qarşısının alınması üzrə görülən işlərə dair bu ilin iyununda məruzə etməyi tövsiyə edib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ sammitinin yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.

"Aİ birliyə daxil olan ölkələr və NATO üzvləri arasında daha sız əməkdaşlıq qurmaqla, kimyəvi, bioloji, radioloji və nüvə risklərinə qarşı dayanıqlılığını möhkəmləndirməlidir", - deyə bəyanatda bildirilir.   

"Aİ və üzv dövlətlər təhdidlərin qarşısının alınması istiqamətində həmçinin kibersahə, strateji kommunikasiyalar və əks-kəşfiyyat sahələrində potensialını artırmaqda davam etdirməlidir", - deyə sənəddə vurğulanır.  

Qeyd edək ki, bəyanat Aİ ölkələrinin liderlərinin Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı sui-qəsdin müzakirəsinin yekunlarına dair qəbul edilib.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.