Dünya

Britaniya XİN-i Rusiyaya qarşı videoçarx hazırladı - VİDEO

14 Mart 2018 21:59
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın xarici işlər naziri "Rusiyanın təcavüzünü" açıq şəkildə izah edən videoçarx hazırlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Twitter"də dərc olunan həmin videomaterialda "Moskvanın mövcud dünya düzənini məhv etməyə çalışdığı" bildirilir.

Təqdimat "Salsburidə keçmiş rus casusu Skripala qarşı sinir-paralitik maddələrdən istifadə,  Rusiya dövlətinin yaxşı planlaşdırdığı təcavüz sxemi əsasında həyata keçirilib" sözləri ilə başlayır.  

Ardınca britaniyalılar 2006-cı ildə keçmiş FTX əməkdaşı Aleksandr Litvinenkonun Londonda zəhərləndiyini xatırladır.  Bundan sonra XİN-nin baxışına görə, əlamətdar olan təqvimlər  təqdim olunur.

"2008-ci ilin avqust ayında Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik", "2014-ci ildə Krımın ilhaq edilməsi", "2015-ci ildə Almaniya parlamentinə kiberhücum" və digər təqvimlər xronoloji ardıcıllıqla göstərilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Britaniya XİN-i Rusiyaya qarşı videoçarx hazırladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.