Dünya

Kosmosda sonsuzluq işarəsi göründü

20 İyul 2011 20:53
Baxış: 2 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kosmik infraqırmızı "Herşel" teleskopu bizim qalaktikamızın mərkəzində sıx qazların qəribə həlqə yaratdığını müşahidə edib. NASA-nın Reaktiv hərəkət laboratoriyasının əməkdaşları obyektin böyrü üstə yıxılmış "8" rəqəminə, yəni başqa cür desək, sonsuzluq işarəsinə bənzədiyini deyirlər.

Milli.Az xəbər portalı RİA Novosti-yə istinadən bildirir ki, indiyədək astronomlar bu həlqənin yalnız 600 işıq ili uzunluqda olan bir hissəsini  görə bilirmişlər, "Herşel"in köməyilə isə onun tam əksini almaq mümkün olub.

"Biz Süd Yolunu çox tədqiq etmişik, amma "Herşel"dən aldığımız irimiqyaslı submillimetrlik şəkilləri gördükdən sonra fərz etdiyimiz "sonsuzluğun" reallığı aydın oldu, - deyə Kaliforniyanın Texnologiya institutunun əməkdaşı Alberto Noryeqa Krespo bildirib.

Submillimetrlik elektromaqnit şüaları qalaktikanın mərkəzini görməyə imkan verməyən ulduzlararası tozu asanlıqla yarıb keçir.

Alimlər deyirlər ki, halqa elə çevrilib ki, o bizə sonsuzluq işarəsi kimi görünür, əslində isə belə deyil. Yaponiyadakı "Nobeyama" radioteleskopu isə həlqədəki qazın hərəkət sürətini dəqiqləşdirməyə imkan verib. Son məlumatlar belə bir nəticəyə gəlməyə əsas verib ki, soyuq qaz və toz yığnağından ibarət olan həlqə bütövlükdə, qalaktika ilə eyni sürətlə hərəkət edir.

Həlqənin 8 rəqəmi kimi əyilməsini isə alimlər qonşu qalaktikaların qravitasiyasının təsiri ilə izah edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.